Sosial şəbəkədə biz:

DTX təcridxanasının rəisi işdən çıxarılıb

15 February 2016, 13:54
Gündəm
Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının  rəisi işdən çıxarılıb.
Lent.az-ın məlumatına görə, təcridxananın rəisi, mayor Zaur Məmmədov ötən həftə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, ötən ilin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri həbs edilmiş, daha sonra isə nazirlik ləğv edilərək əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdı.
Penitensiar Xidmətin rəisi Mədət Quliyev DTX-nın, Orxan Sultanov isə XKX-nin rəisi təyin edilib.