Sosial şəbəkədə biz:

"Həftə içi" qəzetin bütün əməkdaşları ixtisar olundu - MEDİA

17 February 2016, 12:44
Gündəm
Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, “Həftə içi” qəzetinin 10-a yaxın əməkdaşı maliyyə problemlərinə görə işdən çıxarılıb. Qəzetin də, onun tərkibində olan hafta.az saytının da redaktorları daxil olmaqla, bütün müxbirləri kollektivdən uzaqlaşdırılıb. Hazırda “Həftə içi” qəzeti 1 redaktor, hafta.az saytı isə 1 adminlə fəaliyyətini davam etdirir. Media orqanının tamamilə bağlanacağı barədə məlumatlar da yayılıb. Qəzetin əməkdaşları - Vüsal Tağıbəyli, Qələndər Muxtarlı, Təbriz Vəfalı, Sevinc Osmanlı, hafta.az saytının redaktoru Səbinə Əvəzqızı, müxbirlər – Tural Turan və Xəyal Əzizov işdən çıxarılıb. Onların əksəriyyəti hələ də işsizdirlər. “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova zənglərə cavab vermədiyi üçün məsələyə münasibət öyrənmək mümkün olmayıb.