Komitə sədrinin müavini işdən çıxarıldı - Vasif Talıbovdan daha bir sərəncam
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin müavini vəzifəsindən azad olunub.
Bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla Həsən İbrahim oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib(Report).