Sosial şəbəkədə biz:

BMT TŞ ölkələrinin Ankaradakı səfirləri Türkiyə XİN-ə çağırıldılar

18 February 2016, 17:05
Gündəm
Beş dövlətin Türkiyədəki səfirləri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin Türkiyədəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar. Fevralın 17-də Ankarada törədilən terrorla bağlı vəziyyətin onların diqqətinə çatdırıldığı ehtimal edilir.