Sosial şəbəkədə biz:

Prezident İcra Hakimiyyətinə 5 milyon ayrıldı

18 February 2016, 18:46
Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir: “1. Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.