Vitrində göstərilən qiymətlə qəbzdəki qiymət fərqlənərsə... - ARAŞDIRMA
Ötən ilin sonu Azərbaycan manatının ikinci devalvasiyası ilə bağlı baş verən qiymət dəyişmələri səbəbindən dərmanların satış qiymətlərində müəyyən problemlər meydana çıxıb. Bəzi hallarda pərakəndə satış məntəqələrində məhsulun üzərində yazılan qiymətlərlə qəbzdə göstərilən qiymətlərin arasında uyğunsuzluqlar müşahidə olunur. Bu da satıcı və alıcılar arasında münaqişələrin yaranmasına gətirib çıxarır.
"Report" mövcud problemi bir neçə şəxsin problemlə bağlı ünvanladığı şikayətlər əsasında araşdırıb. Şikayətçilərdən biri, Bakı şəhər sakini Xəqani Həsənov bildirib ki, Bakıda fəaliyyət göstərən apteklərdən birində alınan dərmanların üzərində olan qiymətlə müqayisədə qəbzdə artıq məbləğ qeyd olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev"Report"a açıqlamasında məsələnin araşdırıldığını və istehlakçının hüququnun təmin edildiyini bildirib: "Şikayətçi bizimlə danışaraq tələbinin yerinə yetirildiyini bildirdi. Yəni, ondan alınan artıq pul geri qaytarılıb. Əməkdaşlarımız məsələni araşdırıb və şikayət öz təsdiqini tapdığından istehlakçının hüquqları təmin edilib".
Nazirliyin sözçüsü qeyd edib ki, bu kimi məsələlər nazirliyin daim nəzarətindədir: "Lakin vətəndaşların da öz hüquqlarını bilməsi çox vacibdir. Ona görə də alınan malların qiymətinə anında baxmaq lazımdır. Yəni, istehlakçı nə qədər fəal olsa, onların hüquqları daha çox qorunacaq".
Şikayətçi Xəqani Həsənov da "Report"a açıqlamasında pulun ona geri qaytarıldığını təsdiqləyib.