Sosial şəbəkədə biz:

Toy mərasimində ölüm hadisəsi - BAKIDA

21 September 2017, 13:06
Gündəm
Bakıda şadlıq evində ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Orada keçirilən toy mərasiminə qonaq qismində qatılan Cəlilabad rayon sakini, 1951-ci il təvəllüdlü Səmid Məmmədov qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.