Sosial şəbəkədə biz:

Abdullah Gül Bakıya gəlir

Türkiyənin sabiq prezidenti artıq Azərbaycana doğru yola düşüb Türkiyənin sabiq prezidenti Abdullah Gül Bakıya gəlir. Anspress-in məlumatına görə, Gül artıq Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi ilə Azərbaycana yola düşüb. Türkiyənin sabiq prezidenti III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Abdullah Gül sabah başlayacak Forumda açılış və bağlanış nitqi ilə çıxış edəcək. Forumda Abdullah Gülün “Yeni dünya düzəninin başlıca problemləri” mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub. Forumda, Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın baş naziri Antoni Marti, Maltanın Baş naziri Jozef Muskat, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya da iştirak edəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol