Sosial şəbəkədə biz:

Roma papası ölüm hökmünü ləğv etməyə çağırıb

22 February 2016, 01:47
Gündəm
Poma papası dünya ictimaiyətini ölüm hökmünü ləğv etməyə çağırıb. Musavat.com xəbər verir ki, papa çağırışı bu yaxınlarda keçiriləcək ədliyyə nazirlərinin 9-cu beynəlxalq konqresindən əvvəl səsləndirib. Məlumata görə, papa bazar günü duasında bütün dünya dövlətlərinə müraciət edərək, bu məsələdə razılığa gəlməyə çağırıb. Dini lider dövlət başçılarına müraciətində deyib: “Kim özünü katolik hesab edirsə, bu müqəddəs il bir dənə də olsun ölüm hökmü verməsin”. Onun bu sözlərini Müqəddəs Petra meydanına yığışanlar alqışlarla qarşılayıblar.