Sosial şəbəkədə biz:

Səlcuq Bayraqdar hərbçilərimizə sertifikat verdi - FOTOLAR

06 February 2021, 10:18
Gündəm

Azərbaycan Silahlı Qüvvələrinin SİHA təlimi keçmiş heyətinə sertifikatlar verilib.

Pilotsuz uçuş aparatları (PUA) üzrə təlim keçmiş hərbçilərimizə sertifikatları “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar təqdim edib.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanının müavini polkovnik Elşad Pənahov və general Namiq İslamzadə, Müdafiə Nazirliyinin HHQ İdarəsinin rəisi polkovnik Elçin Axundov iştirak edib.