Sosial şəbəkədə biz:

Köçəryan: “Mən hakimiyyətdə olsaydım, 2020-ci ildə müharibə başlamayacaqdı”

06 February 2021, 18:35
Gündəm

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan əmindir ki, Qarabağ müharibəsindən qaçmaq olardı.

Azərbaycanın uzun müddət ərzində hər şeyi planlaşdırdığını, kifayət qədər informasiya hücumu apardığını etiraf edən Köçəryanın iddiasına görə, müharibə o vaxt başlayır ki, düşmənin qələbəyə əminliyi olur. Eks-prezident qeyd edib ki, proseslərin bu şəkildə inkişafına imkan verməmək mümkün idi.

“Əgər mən hakimiyyətdə olsaydım, əminəm ki, 2020-ci ildə müharibə başlamayacaqdı”, deyə, R.Köçəryan fikirlərini davam etdirib.

O, Qarabağda baş verən cinayətlərin, o cümlədən Xocalı soyqırımının başında dayandığını “unudaraq” özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışıb. Həmçinin bildirib ki, hakimiyyətə rəhbərlik edərdisə və o halda müharibə başlayardısa, nəticə başqa cür olardı, düşmən dayandırılardı.

Beləliklə, R.Köçəryan erməni xalqının “gözünə girmək” üçün yollar axtarır. Ancaq onun nağıllarına inanan çətin ki, tapılsın. Musavat.com