Sosial şəbəkədə biz:

“Azərbaycanın özü qərar verib Qarabağı geri aldı” - Ərdoğan

10 February 2021, 09:20
Gündəm

30 il Azərbaycanın torpağı olan Qarabağı işğal altında saxladınız. O torpaqlar azərbaycanlı qardaşlarımızındır. Azərbaycanın özü qərar verib Qarabağı geri aldı. Biz də əlimizdən gələn dəstəyi verdik.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Milli Kosmos Proqramının təqdimat mərasimində deyib.

Türkiyənin kosmos və peyk texnologiyaları sahəsində böyük uğurlar qazandığını diqqətə çatdıran Ərdoğan bildirib: "Qardaş ölkənin milli istehsalı olan İHA (pilotsuz uçuş aparatları) və SİHA-lar ilə (pilotsuz silahlı uçuş aparatları) cəhbədə oyunları pozan tərəf olmağı bacardıq".