Sosial şəbəkədə biz:

Son 3 ayda “Bank of Baku”nun problemli kreditləri 45% artıb

Azərbaycanda manatın kəskin ucuzlaşdırılması “Bank of Baku”ya problemli kreditlərin 3 aya 45%-dən çox artması bahasına başa gəlib. Bu barədə fins.az bankın 2015-ci ilin 1-ci rübünün yekunlarına aid maliyyə hesabatına istinadən xəbər verir. Hesabata əsasən, ilin ilk 3 ayının yekununda bankın kredit portfeli 667,8 milyon manat təşkil edib. Bunun isə 10,4%-i və yaxud 69,46 milyon manatı vaxtı keçmiş kreditlər olub. Halbuki 3 ay bundan əvvəl bankın problemli kreditlərinin kredit portfelində payı 7,3% idi. 2014-cü ilin yekunlarına əsasən, bankın kredit portfeli 658,5 milyon manat təşkil edib. Bunun isə 47,84 milyon manatı vaxtı keçmiş kreditlər olub. Göründüyü kimi, 1-ci rübdə bankın kredit portfeli cəmi 1,4% artdığı halda, problemli kreditləri 45,2% artıb. Bu cür vəziyyətin yaranması isə Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra “Bank of Baku”nun kreditləşməni məhdudlaşdırması, eləcə də devalvasiya nəticəsində bankın müştərilərinin kredit ödənişində çətinlik çəkməsi ilə bağlıdır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol