Sosial şəbəkədə biz:

İki gənc partiyanın rəhbəri görüşüb

19 February 2021, 14:21
Gündəm

Yeni Yol Partiyasının Təşkilat Komitəsinin sədri Ramil Hüseynov Ağ Partiyanın başqanı Tural Abbaslı ilə görüşüb.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Həmçinin tərəflər bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Bununla yanaşı, iki partiya arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Sözügedən məsələ ilə bağlı Azinforum.az-a açıqlama verən Yeni Yol Partiyasının Təşkilat Komitəsinin sədri Ramil Hüseynov bildirdi ki, digər partiyalarla da görüşlərin keçirilməsi nəzərdə tutulub.