Sosial şəbəkədə biz:

Baş Prokurorluq intihar edən Sevil Atakişiyeva ilə bağlı məlumat yaydı

22 February 2021, 17:19
Gündəm

Bakıda 20 yaşlı qızın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sevil Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai Rayon prokurorluğunda Cinayət Məclləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb:

"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirillir".