Sosial şəbəkədə biz:

Yüzlərlə polis Paşinyanın evini nəzarətə götürdü- VİDEO

26 February 2021, 17:05
Gündəm

Ermənistanda siyasi gərginlik artmaqdadır.

Bu gün xeyli sayda polis əməkdaşı baş nazir Nikol Paşinyanın ailəsinin təhlükəsizliyini təmin etmək işlərinə cəlb edilib.

Bu barədə məlumat yayan erməni Teleqram kanalları avtobuslarla gətirilən yüzlərlə polisin Nikol Paşinyanın şəxsi evinin qarşısında keşik çəkdiyini bildiriblər. Qeyd edilib ki, əslində baş nazirin təhlükəsizliyi ilə başqa bir qurum məşğul olmalıdır.

Hazırda İrəvanın Baqramyan prospektində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilir.

https://www.youtube.com/embed/9ZnnSgMzDTM

Xatırladaq ki, dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bundan sonra “Vətənin qurtuluşu hərəkatı” İrəvanın Azadlıq meydanında mitinq keçirib, ardınca yürüş iştirakçıları Baqramyan prospektini bloklayıblar.

Azvision.az