Sosial şəbəkədə biz:

Zakir Həsənov: "Ermənistanın işğalçılıq siyasəti sülh prosesini yubadır”

24 February 2016, 17:22
Gündəm
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiçlə görüşüb. Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb. Müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulandığı görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.