Sosial şəbəkədə biz:

Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşüb

24 February 2016, 20:34
Gündəm
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı dövlət başçısını müşayiət edən nümayəndə heyətinin üzvü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb. DTX-nin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, işgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.