Sosial şəbəkədə biz:

“Deputatları dəvət etdim, heç kim iştirak etmədi...”

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deputat həmkarlarından gileylənib. Qafqazinfo” xəbər verir ki, S. Rüstəmxanlı qeyd edib ki, aprelin 18-də DAK-ın 13-cü qurultayı keçirilib: “ Həmin  qurultayda dünyanın bir çox ölkələrindən rəsmi şəxslər iştirak edirdi. Mən öz həmkarlarıma qurultayla bağlı dəvət məktubu göndərmişdim. Amma heç biri iştirak etmədi. Heç olmasa bir cümləlik ilə təbrik məktubu da göndərmədilər. Mən bu laqeydliyin səbəbini başa düşə bilmirəm. Vaxtilə Amerikada DAK-ın ikinci qurultayı keçiriləndə mərhum  Heydər Əliyev ora 60-a yaxın adam göndərmişdi, Ən azı yoldaşlıq göstərmək olardı. Bizim millət vəkillərimiz isə belə etməməliydi”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol