Sosial şəbəkədə biz:

Bakıda müəllimə məktəbdə döyüldü

25 February 2016, 19:22
Gündəm
Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib. “ Azinforum.az ” teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.