Sosial şəbəkədə biz:

Brilliant Dadaşova oğurluqda ittiham etdiyi həmkarı ilə barışdı - Video

21 March 2021, 12:05
Gündəm

Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Abbas Bağırov uzun illərdən sonra barışıblar.

İllərdir aralarında yaranan soyuqluğa son qoyan sənətçilər duet oxuyublar.

Onların musiqisi Vüqar Mirzəyev, sözləri Orxan Mürvətli və Baba Qədirliyə məxsus bəstəsi “Sən və mən" adlanır.

Xatırladaq ki, A.Bağırovla B.Dadaşova arasında qalmaqal "Aləm gözəl" mahnısı üstündə yaşanmışdı. B.Dadaşova bəstənin ilk onun üçün yazıldığını, A.Bağırovun isə oğurluq etdiyini bildirmişdi.

Həmin görüntüləri təqdim edirik:

https://www.youtube.com/watch?v=OJUUkbowyP0