Sosial şəbəkədə biz:

Bakıda qəza: Küçələri su basdı - VİDEO

24 March 2021, 12:29
Gündəm

Binəqədidə su borusu partladı. 

Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. 

Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:

“Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.

Həmin görüntüləri təqdim edirik:

https://player.baku.tv/embed/35572