Sosial şəbəkədə biz:

Laçın polisi bir kənddən 78 mina tapdı - FOTO

26 March 2021, 12:18
Gündəm

Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidməti fəaliyyətdə olan zaman həmin yerdə xeyli sayda mina aşkar ediblər.

Dərhal bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 78 ədəd mina və partladıcıları müəyyən edilib, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.