Sosial şəbəkədə biz:

Əflatun Amaşova daha bir post təklif olunur

26 February 2016, 14:38
Gündəm
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib. APA-nın xəbərinə görə, bu məsələ “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəddə əksini tapıb. Sənədə əsasən Ə. Amaşov bu vəzifədə Qənirə Paşayevanı əvəz edəcək. Layihə martın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.