Sosial şəbəkədə biz:

Jurnalist Cəmil Məmmədli Qubanın başçısına böhtan atmaqda günahlandırıldı

03 April 2021, 15:02
Gündəm

Jurnalist Cəmil Məmmədli təqsirləndirilən şəxs kimi tanınıb. Bu barədə qərar dünən Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilib.

Turan-ın məlumatına görə, məhkəmə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi cinayət ittihamı qaydasında verdiyi iddianı icraata götürüb.

Məhkəmə C.Məmmədlini Cinayət Məcəlləsinin 147-2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilən şəxs qismində tanıyıb.

Jurnalist isə ittihamları təkzib edir, onları uydurma və peşə fəaliyyətinə görə onu cəzalandırmaq məqsədi daşıyan ittihamlar hesab edir.