Fazil Məmmədovdan yeni təyinatlar
Vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Vergilər Nazirliyindən bildiriblər. Bundan başqa, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə Vergilər Nazirliyi yanında Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi təyin edilib.