Sosial şəbəkədə biz:

Bakı Apellasiya Məhkəməsinə yeni hakim təyin edilir

27 February 2016, 11:34
Gündəm
Bakı Apellasiya Məhkəməsinə yeni hakim təyin edilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin martın 4-nə planlaşdırılan növbəti iclasının gündəliyinə daxil edilib. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Hüseynovun vəzifəsi dəyişdirilərək Bakı Apellasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.