Sosial şəbəkədə biz:

Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

12 April 2021, 09:04
Gündəm

Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq.

Məsələ parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Məlumata görə, komitənin gündəliyində qeyd olunub ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ələdə edilən razılaşmanın Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirlərinə fokuslanılacaq. Komitə iclasında Gürcüstan kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze dinləniləcək. İclasın qapalı keçəcəyi ehtimal edilir. APA