Sosial şəbəkədə biz:

BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir

27 February 2016, 11:39
Gündəm
"Bu gün üçün BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir. Onların hamısı Şərqi Avropa regionundandır". "Report" bunu keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lyukketoft deyib. "Namizədlərin üçü kişi, üçü qadındır. Bunlar Srcan Kərim (Makedoniya), Vesna Pusiç (Xorvatiya), İqor Lukşiç (Monteneqro), Danilo Türk (Sloveniya), İrina Bokova (Bolqarıstan) və Natalya Germandır (Moldova)", - deyə Mogens Lyukketoft bildirib. O, gələcək baş katibin seçim prosesinin şəffaf olacağını qeyd edib. Sədr ilk dəfə BMT-nin 193 üzvünün hamısının seçkilərdə iştirak edəcəyini bildirib. M.Lyukketoftun sözlərinə görə, aprelin 12-14-də BMT-yə üzv dövlətlər namizədlərlə görüşlər keçirməyə başlayacaq.