Sosial şəbəkədə biz:

Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq

13 April 2021, 08:32
Gündəm

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.

"Qafqazinfo"nun məlumatına görə, aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur. 

Aprelin 14-dən isə sözügedən park vətəndaşların üzünə açıq olacaq.
 
Vətəndaşların  parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir.