Sosial şəbəkədə biz:

Qadın ingilis ərini döydü - Bakıdakı məşhur hoteldə

27 February 2016, 16:14
Gündəm
Bakıda xarici ölkə vətəndaşı arvadı tərəfindən döyülüb. “ Azinforum.az ” report-a istinadən xəbər verir ki, Böyük Britaniya vətəndaşı, 1971-ci il təvəllüdlü Alan Vilson Aleksandr Spenser polisə ərizə ilə müraciət edərək arvadı tərəfindən döyüldüyünü bildirib. Britaniya vətəndaşı ərizəsində qeyd edib ki, müvəqqəti yaşadığı İzmir küçəsi 1033-də yerləşən “Hyatt Regency” mehmanxanasında arvadı, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Alisa Dmitriyevna Dyumina onu döyərək xəsarət yetirib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsində (PB) araşdırma aparılır.