Sosial şəbəkədə biz:

Şoyqu: "Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı təkilfimizə BMT cavab verməyib"

17 April 2021, 13:08
Gündəm

BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Ora (işğaldan azad olunan ərazilər nəzərdə tutulur - "Report" ) tamamilə minalanıb. Ora əhali qayıda bilmir. Kimsə qayıdıb? Hələ ki, heç kim”, - rusiyalı nazir qeyd edib.