Sosial şəbəkədə biz:

DİN Qəbələdən olan 25 nəfərin ermənilər tərəfə keçmək istədiyini TƏSDİQLƏDİ

29 February 2016, 12:53
Gündəm
Qəbələ rayon icra başçısının I müavini Abil Ağasəfərov qrup Qəbələ sakininin Ermənistana keçmək istəklərini təkzib etsə də, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az saytına faktı təsdiqləyib. “Fevralın 27-də Qəbələnin, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəliblər və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildiriblər. Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar”. E.Zahidov deyib ki, polis bölməsində 25 sakinin izahatı alınıb: “Rayon Polis Şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal gəldikləri Qəbələ rayonuna yola salınıblar. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.