Sosial şəbəkədə biz:

Səfirlik deputatın “Koreyada açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər” iddiasına cavab verdi

23 April 2021, 18:59
Gündəm

Koreya Respublikasının Azərbaycandakı səfirliyi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “Deputat: “Azərbaycanda mehmanxanalara giriş zamanı nikah şəhadətnaməsi tələb olunmalıdır”” başlığı ilə dərc edilən açıqlamasındakı iddialara cavab verib.

Səfirlikdən Pravda.az-a daxil olan məlumatda bildirilib:

“Məqaləyə əsasən, deputat Tahir Kərimli səhv olaraq bildirir ki, Cənubi Koreya ateist dövlətdir və orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər. Bununla əlaqədar olaraq nəzərinizə çatdırılır ki, Koreya Respublikasında (Cənubi Koreya) belə geyim üsulunu qadağan edən bir qayda, qanun yaxud nizamnamə yoxdur”.