Sosial şəbəkədə biz:

Bakıda xarici şirkətin baş meneceri maskalıların hücumuna məruz qaldı

29 February 2016, 16:48
Gündəm
Bakıda xarici şirkətin baş meneceri maskalı şəxslərin hücumuna məruz qalıb. “Report”un xəbərinə görə, bu barədə Bakı şəhər sakini Rüfət Namazoviç Şirinov Daxili İşlər Nazirliyinin "102" – “Qaynar xətti”nə zəng edərək məlumat verib. R.Şirinov bildirib ki, Ə.Quliyev küçəsi, ev 108 ünvanında 3 nəfər maskalı şəxs “Ener Mech” neft şirkətinin baş meneceri, Böyük Britaniya vətəndaşı Young Andy adlı şəxsi hədələyərək pulunu və şəxsi əşyalarını tələb edib. Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşları bir neçə dəfə Young Andry ilə əlaqə saxlayaraq onu bölməyə dəvət ediblər. Lakin o, dəfələrlə polisə dəvət olunmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək bölməyə gəlməkdən imtina edib.