Sosial şəbəkədə biz:

Əməkdar artist 48 ildir görmədiyi qohumlarını axtarır

29 April 2021, 09:59
Gündəm

Əməkdar artist Kübra Əliyeva illər əvvəl dünyasını dəyişən əmisinin ailəsini axtarır.

Aktrisa bunun üçün Zaur Baxşəliyevin "Bizimləsən" proqramına müraciət edib. O bildirib ki, 48 ildir görmədiyi Mirmahmud əmisinin ailəsini axtarır.

Aktrisa əmisinin İranda yaşadığını, hazırda onun dünyasını dəyişdiyini deyib:

"Əmim atamdan böyük olub. İndi əmim uşaqları Əhməd və Məmmədin övladlarını, nəvələrini axtarıram. Bizim hazırda üçüncü nəslimiz gəlir. Bibimin həkim qızı, nəvələri var".