Sosial şəbəkədə biz:

Azərbaycanda bu məktəblərdə cəmi 1 şagird təhsil alır

06 May 2021, 21:33
Gündəm

Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təhsil müəssisələrində şagird sıxlığı əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişir:

"Respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb".