Sosial şəbəkədə biz:

Terim “Qalatasaray“dan gedir? - “Fikirlərimi oyunlara kökləmək istəyirəm“

09 May 2021, 21:12
Gündəm

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubla mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləyib-yeniləməyəcəyi haqda sualları cavablandırıb.

67 yaşlı mütəxəssis deyib:

"Bu mövzuda fikirlərim var. Amma mən mümkün qədər fikirlərimi oyunlara kökləmək istəyirəm. Futbolçularımı da buna görə hazırlaşdırıram".

Qeyd edək ki, "Qalatasaray" hazırda 78 xalla turnir cədvəlində 3-cüdür. Komanda lider "Beşiktaş"dan 3 xal geri qalır.