Sosial şəbəkədə biz:

Azərbaycan qadınlarına medal və fəxri adlar verildi – SİYAHI

01 March 2016, 16:24
Gündəm
Prezident İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər: “Tərəqqi” medalı ilə Abbasova Validə Məhərrəm qızı Həmid-zadə Məsrurə Rzabala qızı Xəlilova Lyudmila Qocayevna Kuimova Vera Gennadiyevna Qasımova Üzlüfət Ramazan qızı Məmmədova Təranə Aslan qızı Rəhmətullayeva Lalə İbrahim qızı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə İsmayılova Səadət Teymur qızı Məmmədova Zöhrə Hüseyn qızı Şıxsəidova Roza Əli Murad qızı Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar müəllim” Nərimanova Şəfiqə Kərim qızı Yaqublu Vəfa Misir qızı “Əməkdar mühəndis” Bayramova Gülarə Əşrəf qızı “Əməkdar həkim” Abdullayeva Esmiralda Əjdər qızı “Əməkdar mədəniyyət işçisi” Almaszadə Mayra Əliheydər qızı Qutlyanskaya Lyudmila Restemovna Məmmədova Ədilə Zəkəriyyə qızı Mikayılova Sevinc Sadəddin qızı