Sosial şəbəkədə biz:

Suraxanı rayonunun bir hissəsinin təbii qaz təchizatı məhdudlaşdırılacaq

01 March 2016, 20:39
Gündəm
Martın 2-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Virtualaz.org SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işlərinin Bakının Suraxanı rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.