Sosial şəbəkədə biz:

Xalq artisti Şuşaya çatan kimi torpağı öpdü - FOTOLAR

14 May 2021, 12:35
Gündəm

Xalq artisti Firəngiz Mütəllimova illər sonra ata yurdu Şuşaya gedib.

Aktrisa işğaldan azad edilən Şuşadan görüntülərini paylaşıb. O, Şuşaya ayaq basarkən başını yerə qoyub və torpağı öpüb.

O, paylaşımına "Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum, canım Şuşam" sözlərini yazıb.
Musavat.com