Sosial şəbəkədə biz:

Abşeronda kişi üstünə benzin tökərək özünü yandırdı

22 May 2021, 08:49
Gündəm

Abşeronda intihara cəhd hadisəsi baş verib.

Hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Orucov Elman üzərinə benzin tökərək yandırıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona bədənin və üz nahiyəsinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report