Sosial şəbəkədə biz:

Fövqəladə hallar atlası nəşr olunacaq - Sədr Abid Şərifovdur

02 March 2016, 19:25
Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir: “1. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr edilsin. 2. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin: Redaksiya heyətinin sədri Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini. Redaksiya heyəti sədrinin müavinləri: Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti. Məsul katib Ramiz Məmmədov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru. Redaksiya heyətinin üzvləri: Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri Faiq Tağı-zadə - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti İlyas Əlizadə - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya şöbəsinin müdiri İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Qurban Yetirmişli - Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Ulduz Həşimova - Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru İlham Ələkbərov - Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Validə Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru Elmira Ramazanova - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.