Sosial şəbəkədə biz:

ATV-nin eks direktoru “Space”də yüksək posta gətirilir

03 June 2021, 16:30
Gündəm

Ötən gün "Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev kanalla yollarını ayırdığını bildirib.

Artıq K.Şahverdiyevi əvəz edəcək şəxsin adı da bəllidir. 
Televiziyanın daxilindən verilən məlumata görə, bu posta ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov gətirilir.
Xatırladaq ki, Vüqar Qaradağlı ATV telekanalında rəhbər olduğu zamanlar Rauf Dadaşov telekanalın vitse-prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov mayın 20-də "Space” telekanalına rəhbər təyin olub.