Sosial şəbəkədə biz:

Fransada skandal olay: Şagird “erməni soyqırımı”na etiraz etdiyinə görə...

17 June 2021, 09:13
Gündəm

Fransa qanunvericiliyinə görə, 1915-ci il olaylarını inkar etmək məsuliyyət yaratmadığı halda Altay adlı türk şagird dərsdə müəlliminin qondarma soyqırım haqda iddialarına etiraz etdiyi üçün həbs təhdidi ilə üz-üzə qalıb.

“Anadolu” agentliyinə danışan Altay buna görə təzyiqlərə məruz qaldığını deyib.

Burqundiya-Franş-Kont bölgəsində yaşayan Altay müəlliminin 2 saatlıq dərsinin bir saatının hamısını ermənilərin qondarma iddialarına ayırdığını bildirib. 40 dəqiqə ərzində tez-tez “Türklər erməniləri, mülki şəxsləri öldürdülər” ifadəsinə yer verdiyini söyləyib.

“Sonda dayana bilmədim, sakitcə bunlara sübutunun olub-olmadığını soruşdum. Müəllim mənə qəzəblənərək “Buna necə etiraz edə bilərsən?” dedi. Mən də sakitcə bildiklərimdən danışdım. Bir şagird də, bundan sonra qışqıraraq üstümə gəldi. Mən yenə də sakitliyimi qorudum”, - Altay bildirib.

Şagird müəlliminin onu həbslə qorxutduğunu bildirib.

Altay atasında məktəb rəhbərliyinin ona 1 ilə qədər həbs cəzası verilə biləcəyini söylədiyini bildirib. O, Fransa qanunvericiliyinə görə, qondarma erməni soyqırımının inkarının cinayət olmadığını da diqqətə çatdırıb. Teleqraf.com