Sosial şəbəkədə biz:

Əziz Əzizov öz rayonuna göndərilə bilər

04 March 2016, 13:03
Gündəm
Dünən preizdent İlham Əliyevin sərəncamı ilə Cəbrayılın icra başçısı Mahmud Quliyevlə Laçının icra başçısı Akif Səlimovun vəzifələrindən azad olunması digər icra başçıları üçün siqnaldır. Bu məlumat Mia.az-a informasiyalı qaynaqdan daxil olub. Onun sözlərinə görə, Novruz bayramına qədər daha bir neçə ica başçısı da vəzifəsini itirəcək: "Artıq Cəlilabadın icra başçısı Əziz Əzizovla bağlı məsələ də həll edilmiş sayılır. O, Cəlilabadın icra başçısı vəzifəsindən azad ediləcək". Məlumatda bildirilir ki, Əziz Əzizovun doğulduğu rayonun - Cəbrayılın icra başçısı təyin olunacağı gözlənilir. Cəlilabada isə cənub rayonlarından birinin icra başçısı gətiriləcək. Məlumatlı şəxs deyir ki, Laçının icra başçısı postuna da yerli vəzifəli şəxslərdən birinin gətirilməsi gözlənilir: "Artıq bu rayonla bağlı bir neçə namizədlə proflaktik söhbət aparılıb".