Sosial şəbəkədə biz:

Xatirə İslamın yalanı üzə çıxdı – FOTOLAR

06 March 2016, 14:45
Gündəm
Müğənni Xatirə İslam tədbirlərdən birində fotokameramızın qarşısına keçib. O, hər zaman olduğundan daha arıq və gözəl görünüb. Publika.az-a açıqlama verən müğənni bacardıqca formada qalmağa çalışdığını bildirib. Diqqətimizi çəkən məqam isə Xatirənin bir neçə gün əvvəl paylaşdığı status olub. O, artıq çəkidən gileyləndiyini yazmışdı: “Eşşək boydayam. Paltarlar əynimə gəlmir. Depressiyadayam”. Xatirə bu fikrinə də açıqlama verib: “Dostum məni yeməyə qonaq çağırırdı. “Yox” demək üçün belə yazmışdım”.