İlan xilas edənlər barədə bilmədiyiniz 5 fakt
Bu, ağciyər adamların peşəsi deyil. Bununla belə, dünyanın bəzi yerlərində insanların təhlükədən qorunması üçün ilanların başqa yerlərə köçürülərək xilas edilməsi həyati əhəmiyyətli vəzifədir.
Sərhədsiz Həkimlər Təşkilatının məlumatına görə hər il dünyada 5 milyon insan ilan sancmasına məruz qalır. Bunlardan 100 mini dünyasını dəyişir, daha 400 min nəfər ömürlük əlilliyə düçar olur. Hindistanın Bombey şəhərindən doktor Madhurita Gupta, və Avstraliyanın Brisbeyn şəhərindən Julia Baker sürünənlərlə gördükləri iş barədə BBC proqramına məlumat veriblər.İlanları sevmək lazımdır
Doktor Madhurita Gupta üçün ilanlar sülalə işidir. Onun atası da ilanları öyrənən alim olub. O ilan saxlamağa 15 yaşından başlayıb və deyir ki, onlarda “adamı üşüdən bir sehir” var. O baytarlıq kollecində təhsil aldıqdan sonra, əri ilə birlikdə İlanların Mühafizəsi Trestini yaradıb. Bu təşkilat sürünənlərin xilasına köməklik göstərir. Dünyanın o biri başında, Julia Baker ilanlara 30 yaşlarında zooparka getdikdən sonra aşiq olub. “Onlar ilanı mənim boynumdan sallayanda sözün əsl mənasında hönkürürdüm. Bu kiməsə vurulmaq kimi idi. İlanla təmas mənim bədənimdə kimyəvi reaksiya yaradırdı” – deyir Baker. O indi vətəni Avstraliyanın televiziyasında Snake Boss proqramının aparıcısıdır.Bu iş üçün xüsusi avadanlıq tələb olunur
Hindistanda yaşayan doktor Gupta çağırışlara gedərkən bütün lazım olan alətləri özü ilə götürə bilmək üçün xüsusi ilan xilas edən motosiklet düzəldib. “Mənim xilasetmə işi üçün lazım olan bütün alətlərim – ilan tutan çubuqlarım, qayçılarım, torkəsənlərim və sancmaya qarşı zərdab qutum var” – deyir Gupta.
Image copyrightDeb NashHər bir ilanı xilas etməyə ehtiyac yoxdur
Xanım Baker deyir ki, əgər çardağınızda ilan yaşayırsa, ona heç toxunmamaq yaxşıdır. “Mən adamları dilə tuturam ki, ilanların köçürülməsini istəməsinlər. Onlar da bizim kimi Avstraliyada yaşayırlar – deyir ekspert, - Bizim hesablamalarımıza görə Brisbeyndə evlərin 50 faizinin çardaxlarında pitonlar yaşayır. Onlar heç bir problem yaratmırlar, adamların çoxu heç çardağa çıxmır. Pitonlar orada yaşayır, siçovul və mişovulların oralara doluşmasına imkan vermirlər”.Təlim görməmisənsə ilana toxunma
Xanım Baker-ə görə Avstraliyada ilan çalanların 95 faizi onlara toxunmağa çalışdıqları üçün problemlə üzləşirlər. Amma bu ölkədə ilan sancmasından ildə yalnız 5 nəfər ölür.
Image copyrightDr Madhurita Gupta