Sosial şəbəkədə biz:

QƏRARGAHDAN XƏBƏRDARLIQ: "Əgər epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq"

26 July 2021, 15:54
Gündəm

"Əgər epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur".

Azinforum.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun qarşısını qapanmadan almaq çox çətindir:

“Əgər insanlar qısa müddətdə kütləvi vakansiyaya getsələr, onda qapanmalara ehtiyac qalmayacaq”.