Sosial şəbəkədə biz:

Məhkəmə ANS-in 9 şikayətini təmin etmədi

07 March 2016, 16:51
Gündəm
Bakının Səbail rayon Məhkəməsində ANS ÇM radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti əsasında 9 işə baxılıb. " Azinforum.az " lent.az-a istinadən xəbər verir ki, məhkəmə radionun iddialarını təmin etməyib. Qeyd edək ki, MTRŞ radionun cərimələnməsi barədə qərarlar qəbul edib. Lakin həmin qərarlarla razılaşmayan radio məhkəməyə müraciət edib.